Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


22.01.2020  11:43 

“Barbos” ləqəbli silahlı şəxs tutuldu





A+  A-

Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan XzəərNews.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış “Barbos” ləqəbli Mahir Kərimov saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan bir ədəd “Revolver” tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Xəbər 1435 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +