Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


22.10.2019  13:08 

Daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək





A+  A-

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
Bu barədə XəzərNews.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Bu zaman vərəsələrə ödənişin onların hesablarına köçürüldüyü barədə rəsmi bildiriş göndəriləcək.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 740 şəhidin 17 479 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96 faiz icra olunub.

Xəbər 1655 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +