ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?


15.02.2022  17:01 

Parlamentin buraxılması tələbi: Ehtiyac varmı?





A+  A-

Könlündən deputatlıq keçən partiya və media təmsilçiləri son günlər yenidən mövcud parlamentin buraxılması və Milli Məclisə yeni seçkilərin keçirilməsi tələbini irəli sürsələr və tələblərində də nə qədər haqlı olsalar belə, ölkə üçün çox kritik dövr sayılan qarşıdakı 1 - 1,6 il ərzində qətiyyən buna getmək olmaz!

Çünki yeni parlament seçkisi bütün ölkə ərazisi boyu – 125 dairə üzrə siyasi fəallığı kəskin artırmaqla yanaşı, hakimiyyətin çöldəki və içdəki düşmənlərinə də bu siyasi fəallıqdan yararlanmaq fürsəti verəcək.

Xüsusən də əllərində çirkli kapital toplamış və indi onu gizlətməyə çalışan sıxışdırılmış məmur oliqarxiyası sosial-iqtisadi vəziyyətin get-gedə ağırlaşdığı və geopolitik qaranlığın çökdüyü bir zamanda ölkəmiqyaslı seçki prosesini çox asanca inqilabi situasiyaya çevirə, beləliklə, hökumət qaş qayırmaq istədiyi yerdə vurub öz gözünü tökə bilər...

Yeni seçki tələbindən daha çox, Prezidentdən korrupsiyaya qarşı mübarizəni sərtləşdirməyi, kriminal oliqarxiyanın dövlət içərisindəki şəbəkəsini təmizləməyi və əhalinin güzəranını təmin edəcək addımlar atmağı tələb etmək və bu prosesdə də ona birmənalı dəstək vermək, etimad göstərmək gərəkdir.

Bu, bir tərəfdən, Prezident İlham Əliyevə Ermənistanla sülh prosesini daha arxayın və uğurla aparmağa imkan verəcək, o biri tərəfdən də gələcəkdə ölkəni həqiqi tərəqqiyə götürəcək fundamental islahatların həyata keçirilməsində müxalifətlə birgə addımlamasına da mənəvi əsas, bünövrə yaradacaq.

Qısası, indi ölkəyə təlatümlü yeni seçki yox, özünü içdən yaxşılığa doğru yeniləməyi və dəyişməyi bacarmış yeni simalı, ədalətli hakimiyyət lazımdır!

Dövlət güclü və ədalətli olmalıdır ki, xalqını arxasına alıb, onu gözlənilən bütün geopolitik qasırğalardan xilas edə bilsin!

Elxan Şükürlü

Xəbər 1929 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +