Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


30.01.2024  15:18 

Həbsdə olan sabiq icra başçısının gəlini evini istəyir





A+  A-

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini qayınatası ilə bağlı hökmdən narazıdır.

Xəzərnews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, məhkumun gəlini İlkanə Quliyeva hökmün əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib.

Quliyeva iddia edir ki, qaynatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində ona məxsusdur. O, yüksək instansiya məhkəməsinə göndərdiyi şikayət ərizəsində həmin evin müsadirədən azad edilməsini xahiş edir.

Kassasiya şikayəti məhkəmənin icraatına qəbul edilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Xəbər 1192 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +