Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


08.11.2023  11:56 

Paşazadə Prezidentlə görüşdü - Foto





A+  A-

BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Əbu-Dabi qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilib.

Xəzərnews.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam A. Paşazadə BƏƏ dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Öz növbəsində, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş edib. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilib.

Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər bayramı tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat verib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə edib.

Xəbər 1342 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +