Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.08.2023  11:07 

“Volt Azərbaycan” bağlandı, minlərlə gənc iş yerini itirdi





A+  A-

“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənc üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya "bağlamaq" qərarı ağlabatan bir addım kimi görsənmir”.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz “Volt Azərbaycan” şirkətinin fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən özünün Feysbuk hesabında yazıb.

“Düşünürəm ki, AQTA digər əlaqədar dövlət qurumları və Wolt-la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi və s.

Ümid edirəm, səlahiyyətli qurumlar Wolt-la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər”, - O. Gündüz qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edildiyini elan edib.

Xəbər 1044 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +