Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.08.2023  09:56 

Hacıbala Abutalıbovun atası niyə məhz Qubada dəfn edilib?





A+  A-

Quba şəhər qəbiristanlığındakı bu məzar İbrahim Abutalıbovundur. İlk təqdimatda bu ad bəlkə də heç nə demir. İbrahim Abutalıbov çox yaxın keçmişimizdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Baş nazirin müavini kimi mühüm vəzifələr tutan, professor Hacıbala Abutalıbovun atasıdır.

Naxçıvanın Ordubad rayonundan olduğu bilinən Abutalıbovlar Qubaya necə gəlib çıxıblar, Hacıbala müəllimin atası niyə məhz Qubada dəfn edilib?

Yüksək ranqlı sabiq məmurun rəsmi tərcümeyi-halında Qubanın adı heç vaxt keçməyib.

Qubanın bəzi yaşlı sakinləri xatırlayır ki, İbrahim Abutalıbovun ailəsi bir müddət bu rayonda yaşayıb, İbrahim kişi əsasən dağ yəhudilərinin məskunlaşdığı Qırmızı Qəsəbədə müəllim kimi çalışıb və 1955-ci ildə burada da vəfat edib.

İbrahim müəllimin dünyasını dəyişdiyi Qubada, şəhər qəbiristanlığında dəfn edilməsi də yəqin ki, Abutalıbovlar ailəsinin qərarı olub.

Sakinlərin dediyinə görə, İbrahim müəllimin dəfn edildiyi ərazidə təxminən 5-6 il öncə təmir-bərpa işləri aparılıb, mərhum üçün təzə başdaşı və sinədaşı qoyulub, bu yer çəpərlənib.

Amma Hacıbala müəllimin sonuncu dəfə buranı nə zaman ziyarət etdiyini kimsə dəqiq xatırlamadı.

Allah İbrahim müəllimə rəhmət eləsin!

Etibar Cəbrayıloğlu



Xəbər 1120 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +