Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.12.2022  11:20 

Talassemiya xəstələri evlənə bilər? - Açıqlama





A+  A-

Talassemiya xəstəliyinin yaranma səbəbi orqanizmdə anormal hemoqlobin formasının hasil edilməsidir. Hemoqlobin qırmızı qan hüceyrələrin tərkibində oksigen daşıyan zülaldır. Bu xəstəlikdə qırmızı qan hüceyrələri külli miqdarda parçalanır və buda anemiyaya yəni qanazlığına gətirib çıxarır. Anemiya isə orqanizmdə sağlam qırmızı qan hüceyrələrinin çatışmazlığıdır.

XəzərNews.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, talassemiya xəstəliyini aşkarlamaq üçün qan nümunəsi laboratoriyada müayinə edilir.

Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25 faiz ehtimalla tamamilə sağlam, 50 faiz ehtimalla talassemiya daşıyıcısı, 25 faiz ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.

Qeyd edilib ki, daşıyıcılıq xəstəlik deyil, yoluxmur və evlənməyə maneə deyil.

Xəbər 1122 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +