Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


11.08.2021  12:28 

Polis rəisi toylarla bağlı işdən çıxarıldı





A+  A-

Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.

DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Xəbər 2012 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +