Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


09.01.2024  12:08 

İsveç Latviyaya qoşun göndərməyi planlaşdırır





A+  A-

İsveç Rusiyanın mümkün hücumundan müdafiə üçün Latviyaya qoşun göndərməyi planlaşdırır.

Xəzərnews.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bu barədə yanvarın 9-da Milli Müdafiə Konfransı zamanı baş nazir Ulf Kristersson bildirib.

"Stokholmun hələ NATO üzvü olmamasına baxmayaraq, İsveç birlikləri Rusiyanın qarşısını almaq üçün Kanadanın rəhbərlik etdiyi qüvvələrin bir hissəsi olacaq", - deyə o bildirib.

"İsveç unikal hərbi qabiliyyətə malikdir - havada və su altında, kəşfiyyat imkanları və təcrübəli əsgərləri ilə... Bu gün deyə bilərəm ki, hökumət İsveçin Latviyada Kanadanın rəhbərlik etdiyi qüvvələrdə ixtisar edilmiş batalyonla iştirakına sadiqdir", - Kristersson bildirib.

O xəbərdarlıq edib ki, Moskva müxtəlif yollarla bütün Avropada sabitliyi pozmağa çalışır.

"Biz və qonşularımız Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bilavasitə kölgəsində yaşayırıq. Lakin Rusiya təhdidlər, dezinformasiyalar və kiberhücumlarla bütün Avropada sabitliyi pozmağa çalışır", - siyasətçi qeyd edib.

İsveç hökumətinin başçısı Avropa İttifaqı və ABŞ-ı işğalçıya qarşı mübarizədə Ukraynaya birgə dəstəyini davam etdirməyə çağırıb.



Xəbər 1025 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +