Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


31.05.2021  10:56 

Myanmada etirazlarda ölənlərin sayı 840-a çatıb





A+  A-

Myanmada hərbi xuntaya qarşı nümayişlərin dağıdılması çərçivəsində ölənlərin sayı 840 nəfərə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Dərnəyi (AAPP) tərəfindən hazırlanan hesabatda deyilir.

Yalnız son 24 saat ərzində etiraz aksiyalarının dağıdılması zamanı üç nəfər öldürülüb. Eyni zamanda, 4409 etirazçı hələ də həbsdədir, 1881 nəfər barəsində isə həbs qərarı çıxarılıb.

Kaçin əyalətində fəaliyyət göstərən Şanlı Xalqlar Ordusu (SNA) komandirinin müavini Sao Hun Kyao sui-qəsdin qurbanı olub. SNA səlahiyyətliləri “The Irrawaddy” qəzetinə açıqlamasında Kyaonun 26 mayda Myanma ordusundan olan snayper tərəfindən öldürüldüyünü bildirib.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji və digər yüksək vəzifəli şəxsləri həbs edərək hakimiyyəti ələ keçirdiyini elan edib.

Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir.

Xəbər 1610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +