Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


13.04.2021  23:04 

Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi





A+  A-

Rusiyalı müxalif Aleksey Navalnı saxlanıldığı həbsxananın rəhbərliyini məhkəməyə verib.
XəzərNews.az xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

Bildirilib ki, buna səbəb ona “Qurani-Kərim” verilməsindən imtina olunmasıdır.

Onun sözlərinə görə, cəza çəkdiyi həbsxanada özünü inkişaf etdirmək üçün müəyyən hədəflər qoyub:

“Hədəflərimdən biri də “Qurani-Kərimi və Həzrəti Məhəmmədi dərindən anlamaqdır. Mənə “Qurani-Kərim vermirlər. bu, son dərəcə əsəb pozucudur”.

Navalnı ətrafındakı hər kəsin İslam və müsəlmanlardan danışdığını bildirib:

“Əlbəttə, bunların 99 faizi nə haqqında danışdığını bilmir. Mən də müsəlman olmayan rus siyasətçilər arasında “Qurani-Kərimi” ən yaxşı bilən olmaq qərarına gəldim. Bundan başqa, “Qurani-Kərimi təhlil etməyin bir xristian olaraq inkişafıma da töhfə verəcəyinin fərqinə vardım”.

O əlavə edib ki, həbsxanaya gələrkən çox sayda kitab gətirib, ancaq bunların hamısı “ekstremizm” yoxlamasından keçib:

“Bu yoxlamalar üç ay çəkir. “Qurani-Kərim”i ekstremizm yoxlamasından keçirmək axmaqca və qeyri-qanunidir. Buna görə həbsxana rəhbərliyini məhkəməyə verdim. Daha nə qədər səbr edə bilərəm? “Qurani-Kərim”i də oxumaq yasaqdır? Kitablar hər şeyimizdir və əgər kitab oxumaq üçün də mməhkəməyə gedəcəyəmsə, gedərəm”.

Xəbər 2269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +