Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


24.04.2019  13:45 

Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların - DİQQƏTİNƏ





A+  A-

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq, ötən gündən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.
XəzərNews.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Trend-ə deyib ki, paytaxtla yanaşı, regionlarda da aktivlik müşahidə olunur:

"Dünəndən etibarən kompensasiyaların verilməsinə start verilib. Banklarda sıxlıq yaranmasın deyə, hər bir bank öz müştərisinə SMS-bildiriş göndərir. Bu da növbəlilik prinsipinin qorunmasına dəlalət edir ki, vətəndaşlarımız vaxt itkisinə məruz qalmasınlar. Vətəndaşlar bildirilən vaxtda banka yaxınlaşırlar. Şəffaf formada, elektron şəkildə bankdan kompensasiyalarını alırlar. 500 manata qədər olan vəsaitlər vətəndaşlara nağd, 500 manatdan yuxarı olan vəsaitlər isə kart formasında verilir".

E.Allahverdiyev qeyd edib ki, kredit müqaviləsində qeyd olunan telefon nömrələrini dəyişmiş və ya nömrələrini itirmiş vətəndaşlarımız, banka yaxınlaşaraq əlaqə koordinatlarını yenidən qeyd etdirə və müvafiq SMS-i gözləyə bilərlər.

Xəbər 1524 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +