Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


23.04.2019  13:58 

Sabahdan hava isinəcək





A+  A-

24 apreldə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Aprelin 24-25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 1639 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +