Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


23.11.2018  14:19 

Aslan İsmayılova hökm oxundu





A+  A-

Tanınmış hüquqşünas Aslan İsmayılovun Binəqədi Rayon Məhkəməsində aylardır, davam edən məhkəmə prosesi bu gün yekunlaşıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqşünas bir il islah işlərinə cəlb olunma cəzası alıb. Eyni zamanda, A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar da var.

Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.

Onu da xatırladaq ki, bu A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbayel Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat cərimə olunub. Eyni zamanda, Səbayel Məhkəməsi “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib.

Xəbər 1630 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +