Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


23.11.2018  11:51 

Sumqayıt və Gəncədə sosial evlər tikiləcək





A+  A-

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Bu barədə XəzərNews.az-a qurumdan məlumat verilib. Bildirilib ki, ötən ilin dekabrın 24-də təməli qoyulan ilk 7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin tikintisi həyata keçirilir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisinə başlanılıb. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılan bu layihə çərçivəsində 3000-ə yaxın mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksidir. Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında 15.4 hektar ərazidə yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə layihələndirmə işlərinə başlanılıb. Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işləri aparılır.

Xatırladaq ki, 2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.
Hazırda seçilmiş mənzillərin rəsmiləşdirilməsi prosesi aparılır. İlin sonuna qədər mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

Xəbər 1652 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +