Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


24.04.2018  18:31 

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir





A+  A-

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun növbəti toplantısı keçirilib.
XəzərNews.az-ın xəbərinə görə, toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

İlkin müzakirələr nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin.

Bundan başqa, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.

İclasın sonunda İşçi Qrup əsası 1999-cu ildə Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, 24 aprel - Bütöv Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.

Xəbər 1779 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +