Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


31.07.2017  13:08 

Hacıqabul QƏTLİAMI - Bir ailədən 4 nəfəri güllələyən qatil özünü niyə öldürdü...





A+  A-

Hacıqabulda yaşayış evinə silahlı basqın edən şəxsin özünü öldürdüyü təsdiqlənib. Ehtimal olunur ki, o, ələ keçməmək üçün öünü də güllələyib.
Bu barədə Hacıqabul rayonu icra başçısının müavini Əslan Səmədov bildirib.

O hazırda istintaq tədbirlərinin həyata keçirildiyini qeyd edib. Eyni zamanda, hadisə ilə bağlı cinayət işi açıldığını bildirib.

Ötən gün Hacıqabuldakı Bayram İbrahimov küçəsində yerləşən həyətdə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni Mübariz Mehdiyev adlı şəxs törədib. Onun qətliamı qisasçılıq məqsədilə törətdiyi bilirilir.

İlkin məlumata görə, basqınçı Mübarizlə Qəmbərovlar ailəsindən Moskvada alver edən Namiq arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M.Mehdiyev Hacıqabuldakı evə hücum edərək, Qəmbərovları güllələyib. Qətliamı tərədən şəxs həbsdən yenicə çıxıbmış.

Güllələnən ailənin üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
modern.az

Xəbər 1900 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +