ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq
Azərbaycanlılar Türkiyədə yol qəzasına düşüb
Müşviqin adından dələduzluq edildi
“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi


09.06.2023  11:13 

Cümə günü niyə mübarək gün sayılır?





A+  A-

İslam dininə görə ən fəzilətli gün cümə günüdür. Cümə günü edilən duaların, qılınan namazların və oxunan quranın daha çox savabı var.

Cümə günü niyə önəmlidir?

Cümə günü müsəlmanların bayramıdır. Çünki Adəm həmin gün yaradılıb, həmin gün cənnətə düşüb və həmin gün cənnətdən qovulub. Məlumata görə, cümə günü həftəlik ibadət günü kimi əvvəlcə yəhudi və xristianlıqda təqdir olunub, lakin sonradan buna önəm verilməyib. Yəhudilər üçün şənbə günü, xristianlar üçün bazar günü dini bayram sayılır.

Cümə gününün fəzilətləri

Cümə günü əfv və mərhəmət qapısının açıldığı, cümə namazı ilə taclandırılan bir gündür. Bu gün edilən dualar daha tez qəbul olunur. Cümə gününün fəzilətləri aşağıdakılardır.

Cümə günü edilən dualar qəbul olunur.
Cümə günü qılınan namazlar daha fəzilətlidir
Cümə günü quran oxumaq daha xeyirlidir.
Cümə günü tövbə və əfv qapısı bütün müsəlmanlar üçün açılır.

Cümə namazı haqqında

Cümə günü mömin oyanıb öz təmizliyi ilə məşğul olmalı və məscidə getməlidirr. Azandan əvvəl xütbə dinləyən və namaz qılan şəxsin günahları bağışlanar. Müsəlmanları birləşirən bu mübarək gün böyük həcc adlandırılır.

Cümü günü edilməsi vacib olan fərdi təmizliklər

Cümə günü müsəlmanlar bəzi fərdi təmizliklərlə məşğul olduqdan sonra məscidə getməlidirlər.

Boy dəstamazı almaq
Dırnaqları kəsmək, dişləri fırçalamaq
Gözəl və təmiz paltarlar geyinmək
Gözəl ətirlər vurmaq
Cümə gününün duası

Cümə gününün duası

Bu dua müsəlmanlara cümənin fəzilətini və kərəmini xatırladır.

Ey Qəni, ey Həmid, ey icad edən və ey iadə edən, ey mərhəmət sahibi və ey məhəbbət edən Allahım, məni haramdan qoru. Kərəminlə səndən qeyrisini mənə unutdur.

Cümə günü oxunması vacib olan surələr

Cümə günü bəzi dualar edilməli, surələr oxunmalıdır. Həmin surələr aşağıdakılardır.

Yasin surəsi
Vaqia surəsi
Nəbə surəsi
Kəhf surəsi
Hud surəsi
Duahn surəsi
Fatihə surəsi

Cümə günü ilə bağlı ayələr

1. Ey iman edənlər, cümə namazı zamanı dərhal Allahı zikr etməyə tələsin, alış-verişi dayandırın. Bu sizin üçün daha xeyirlidir.

2. Cümə namazı qılınarkən yer üzünə dağılın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, qurtuluşa nail olasınız. İslam dininə görə ən fəzilətli gün cümə günüdür. Cümə günü edilən duaların, qılınan namazların və oxunan quranın daha çox savabı var.

Cümə günü niyə önəmlidir?

Cümə günü müsəlmanların bayramıdır. Çünki Adəm həmin gün yaradılıb, həmin gün cənnətə düşüb və həmin gün cənnətdən qovulub. Məlumata görə, cümə günü həftəlik ibadət günü kimi əvvəlcə yəhudi və xristianlıqda təqdir olunub, lakin sonradan buna önəm verilməyib. Yəhudilər üçün şənbə günü, xristianlar üçün bazar günü dini bayram sayılır.




Xəbər 7846 dəfə oxunub.



17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +