Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


16.06.2025  11:58 

Parisdə Azərbaycan mədəni irsi təqdim olundu





A+  A-

Fransanın paytaxtında Azərbaycanın mədəni irsinə həsr olunmuş təqdimat mərasimi keçirilib. Tədbir İRS Publishing House nəşriyyatının Azərbaycanla bağlı hazırladığı kitabların təqdimatına həsr olunub. Mərasimdə fransız ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, diplomatlar və diaspor üzvləri iştirak ediblər.

XəzərNews.az xəbər verir ki, tədbirin keçirilməsinin əsas təşəbbüskarı Fransa-Azərbaycan Dialoq Assosiasiyasının prezidenti Aytən Muradova olub.

Təqdimatın açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək bu cür təşəbbüslərin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Səfir Azərbaycanın zəngin irsinin beynəlxalq platformalarda tanıdılmasının əhəmiyyətini vurğulayıb.



İRS nəşriyyat evinin baş redaktoru və layihə rəhbəri Musa Mərcanlı, təqdim olunan kitabların yaranma prosesi və məqsədi barədə geniş məlumat verib. O, 30-a yaxın nəşrin müxtəlif dillərdə çap olunduğunu və Azərbaycanın tarixi, memarlığı, incəsənəti haqqında dolğun bilgilər təqdim etdiyini bildirib.

Musa Mərcanlı çıxışında üç əsas məqama diqqət çəkib:

- Mədəni irsin təbliği: Nəşrlər Azərbaycanın milli-mədəni kimliyini, memarlıq abidələrini və mədəni simvolik dəyərlərini Avropa oxucusuna təqdim edir.

- Mina problemi: O, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində geniş şəkildə minalar yerləşdirdiyini vurğulayaraq, bu mövzuya həsr olunmuş “Gizli ölüm toxumları” adlı kitabın əhəmiyyətindən danışıb. Nəşr mina təhlükəsinin real nəticələrini beynəlxalq auditoriyaya sənədli əsaslarla çatdırır.

- Qərbi Azərbaycana həsr olunmuş yeni kitab: Mərcanlı ən son nəşr – “Daşları toplamaq vaxtıdır” kitabının bu yaxınlarda çap olunduğunu və Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların dədə-baba yurdlarında baş verən tarixi və müasir proseslərə işıq saldığını qeyd edib.



Tədbirdə çıxış edən Paşa Holding nümayəndəsi Niyaz İsmailov, şirkətin sosial və mədəni layihələrə davamlı olaraq dəstək verdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq tanıdılması istiqamətində bu cür təşəbbüslər hər zaman dəstəklənəcək.

Təqdimatdan sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Fransız iştirakçılar milli təamların dadına baxıb, azərbaycanlı musiqiçilərin ifasında təşkil olunmuş konsert proqramını dinləyiblər. Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan mədəniyyətinin Fransada təbliğində uğurlu addım kimi dəyərləndirilib.







Xəbər 2301 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +