Nəqliyyatda tələbələrə güzəşt edilsin - Deputat
Amerika səfirliyində yarım milyonluq yeyinti...
“Qarabağ” nə qədər qazanacaq?
“Caspian International Hospital”ın 25 milyon manat vergi borcu var
Sabiq səfirin qızı işdən niyə çıxarılıb?
Paşinyan: Bəli, Azərbaycanla sülh yaranıb...
Ermənistan Aİİ-dan çıxa bilər - Paşinyan
Ukraynaya PUA-sı Putinin sarayının yaxınlığına düşüb
Kiyevə hücum: Ölənlərin sayı 15-ə çatıb
Avtobuslarda gedişhaqqı 1 manat olacaq?


27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi





A+  A-

“Sədərək” ticarət mərkəzində daim yanğınlar, daşqınlar və digər fövqəladə hallar baş verəcək. Çünki bu məkan – bəzəkli çadırlarla, faner arakəsmələrlə, qarışıq və nizamsız elektrik xətləri ilə tikilmiş, kustar üsulla qurulmuş böyük bir bazardır”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov Haqqin.az-a bildirib.

O, Fövqəladə Hallar Nazirliyini də ittiham edib:

“Bu, Fövqəladə Hallar Nazirliyinin işindəki boşluqların və ticarət obyektlərinin sahiblərinin yanğına qarşı təhlükəsizlik qaydalarına əməl etməməsinin nəticəsidir. Niyə hər dəfə “Sədərək”də mühafizə xidməti və personal alovu vaxtında lokallaşdıra bilmir? Əlbəttə ki, burada siqnalizasiya sisteminin, yanğınsöndürən balonların, hidrantların və digər təhlükəsizlik vasitələrinin yoxlanması məsələsində məsuliyyətli şəxslər olmalı idi. Ticarət mərkəzinin rəhbərliyi FHN müfəttişlərini mütəmadi olaraq dəvət edib, yanğın təhlükəsizliyi sistemini yoxlatmalı idi”.

Xatırladaq ki, avqustun 24-də “Sədərək”də anbarda baş verən güclü yanğın nəticəsində 13 nəfər xəsarət alıb, sahibkarlara təxminən 1 milyon manat zərər dəyib.

Vahid Əhmədov əlavə edib ki, “Sədərək” ticarət mərkəzinin mövcud forması “keçmiş SSRİ dövründən miras qalmış bir bazar anarxiyasıdır”.

“Niyə Bakıdakı müasir ticarət mərkəzlərində yanğın baş vermir? Çünki orada təhlükəsizlik qaydaları müasir standartlara cavab verir. Çoxdan bu bazarı sökmək, onun yerində bir neçə mərtəbədən ibarət, müasir və təhlükəsiz materiallarla tikilmiş böyük bir ticarət mərkəzi inşa etmək lazım idi. Məsələn, Barselonadan cəmi 20 dəqiqəlik məsafədə yerləşən “La Roca Village” adlı ticarət şəhərciyi var. Bütün infrastrukturun olduğu, gözəl dizaynlı mərkəzdir. Belə bir alış-veriş şəhərciyi Bakı üçün də əsl turistik məkana çevrilə bilər.”

Xəbər 1890 dəfə oxunub.




28.08.2025  16:06 

“Simferopol” gəmisi vuruldu

28.08.2025  13:16 

Prezident fərman imzaladı

28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto


BÜTÜN XƏBƏRLƏR +