Putin Rəhimovun da “bazarını” bağladı
Azərbaycan səhiyyəsini niyə dirçəltmək olmur?
Diqqət: Bütün xüms, zəkat Sergey Şakaryantsa verilsin!
İran vuruşmaq istəsə, ona ağır zərbə vurulacaq - Tom Barak
Prezident icra başçısına şiddətli töhmət verdi
Teleqramda rus kanalları silindi
Tələbələrə metroda güzəşt ediləcək?
Məmurun adından buduqluları təhqir edən kimdir? - Açıqlama
Rusiyada Məmədəli Ağayevə iş açıldı
İki azərbaycanlı Rusiyadan zorla çıxarıldı


28.07.2021  10:56 

Azərbaycan XİN-dən Ermənistana növbəti çağırış





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sərhəddə növbəti təxribatları ilə bağlı açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, məlumatda deyilir:

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə, iki hərbi qulluqçumuz yaralanıb.

Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.

Xəbər 3304 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.08.2025  16:50 

Prezident Sərəncam imzaladı

29.08.2025  16:13 

Teleqramda rus kanalları silindi

29.08.2025  13:24 

Sabahın hava proqnozu açıqlandı

29.08.2025  12:49 

Metroda gediş haqqı artırılacaq?


BÜTÜN XƏBƏRLƏR +