Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


12.04.2018  13:29 

40 min dollarlıq tiryək tutuldu





A+  A-

Azərbaycana satmaq üçün 40000 ABŞ dolları dəyərində 18 kiloqramdan artıq narkotik vasitə olan tiryək gətirən şəxs saxlanılıb.
XəzərNews.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində X.Dəmirovla aparılan sorğu zamanı müəyyən edilib ki, o təxminən bir ay əvvəl “Odnoklassniki.ru” sosial şəbəkəsində özünü “Səxavət” kimi təqdim edən İran vətəndaşı ilə tanış olub. Daha sonra həmin şəxs X.Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə Azərbaycan ərazisinə külli miqdarda tiryək göndərəcəyini və narkotik vasitəni götürərək satışının təşkil olunmasında ondan köməklik istəyib.

Razılıq əldə olunandan sonra aprelin 9-da “Səxavət” adlı şəxs X.Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistral yolunun sağında əvvəlcədən müəyyənləşdirdikləri yerdə gizlədildiyini bildirib.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs tiryəki 40000 ABŞ dollarına satıb pulunu hissə-hissə “Səxavət” adlı şəxsə göndərməli imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3035 dəfə oxunub.



16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +