Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


21.11.2023  10:01 

Yağışlı-qarlı hava davam edəcək - Proqnoz





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Bu barədə Xəzərnews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 30 mm, Şəkidə 29 mm, Zaqatalada 21 mm, Qəbələdə 14 mm, Quba, Qusarda 13 mm, İsmayıllı, Oğuzda 11 m, Qrız, Xaltan, Gədəbəydə 9 mm, Göygöldə 8 mm, Daşkəsən, Mingəçevir, Ordubad, Şamaxı, Gəncə, Şahdağ, Göyçay, Sabirabad, Biləsuvar, Qobustan, Şəmkir, Tovuz, Ceyrançöl, Beyləqan, Naftalan, Ağdam, Qax, Altıağac, Ağstafa, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Şirvan, Neftçala, Yardımlı, Lerik, Astara, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Quba(Qrız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.

Sumqayıt, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba(Qrız), Daşkəsən, Xaltan, Göyçayda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 25 m/s, Tovuz, Naftalanda 22 m/s, Şahdağ, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Yardımlı, Şəmkir, Ceyrançöl, Sədərəkdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Xəbər 2398 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +