Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


22.06.2019  10:21 

Alı Alıyev Qayıdış qəsəbəsində görüş keçirdi





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 5 saylı Qayıdış qəsəbəsində keçirilib.
XəzərNews.az xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

Alı Alıyev deyib ki, qəsəbədə hal-hazırda 922 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 922 nəfərə hər ay 55320 manat vahid aylıq müavinət ödənilir, 2 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.

5 saylı Qayıdış qəsəbəsində 3 şəhid ailəsi, 17 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 220 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 140 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.





Xəbər 3078 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +