Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


27.08.2022  14:18 

Bələdiyyə möhürü atıb qaçdı, sakinlər ayaqda - VİDEO





A+  A-

Tovuz rayonu İbrahihacılı kəndində sakinlərlə bələdiyyə və icra nümayəndəsi arasında qalmaqal yaşanıb.

XəzərNews.az xəbər verir ki, bu dəqiqələrdə kənd sakinləri icra nümayəndəliyinin qarşısına toplaşıblar. Səbəb isə kəndin bələdiyyəsinin möhürünü atıb qaçmasıdır. Təqdim etdiyimiz videolarda vəziyyət qeyd edilib. Qısaca olaraq bildirək ki, kənd sakinləri öz vəsaitləri hesabına kəndi suvarma suyu ilə təmin etmək üçün təşkilatlanıblar. Lakin bu zaman məlum olub ki, kəndin su mənbələrini əhatə edən torpaqlar və əkin yerləri müxtəlif şəxslərə qanunsuz yollarla satılıb. Qeyd edək ki, bunu kənd sakinləri iddia edirlər: "Biz məsələnin üzərinə gedib, aydınlaşdırma aparmaq istəyəndə isə kəndin bələdiyyə sədri Tağıyeva Aynurə (rayon İcra Hakimiyyətinin saytında bələdiyyə sədri kimi Zeynalov Qələndərin adı göstərilir-red.) möhürü atıb qaçdı. Bu möhürü bura onun qayınatası gətirib qoyub. Biz də yığışmışıq möhürü müdafiə edirik, nə özümüz götürmürük, nə başqasına vermirik. Hazırda polis qüvvələri gəlib, möhürü götürməyə icazə vermirik. O möhürlə hər şey etmək olar. Biz imkan vermərik ki, haqq işimizə belə işlərlə kölgə salsınlar".



Sakinlər bildirirlər ki, rayon rəhbərliyinə dəfələrlə müraciət etsələr də heç bir reaksiya verilməyib: "Gənclərimiz, qız-gəlinlərimiz müxtəlif məmurların sahələrində fəhlə kimi işlədilirlər bir parça çörək ucbatından. Biz öz torpaqlarımızı, öz suyumuzu istəyirik, öz işimizin ağası olmaq, özümüz əkib-becərib dolanmaq istəyirik!"/AFN.az





Xəbər 3541 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +