“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


14.02.2019  16:01 

Şöbə müdirindən xəbərdarlıq - Bu vulkanının püskürəcəyi gözlənilir





A+  A-

"Abşeron rayonunun Qobu kəndinin yaxınlığında yerləşən Bozdağ-Qobu vulkanının bu il ərzində püskürməsi ehtimal olunur”.
XəzərNews.az xəbər verir ki, Bunu "Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O qeyd edib ki, Bozdağ-Qobu vulkanının sonuncu püskürməsindən 20 il ötür: "Bu vulkan çox nadir hallarda püskürür. Ehtimal edirəm ki, Azərbaycanda bu il bir neçə vulkan püskürməsi qeydə alınacaq. Çünki vulkanlar, adətən, güclü yeraltı təkanlardan sonra daha da aktivləşir”.

Qeyd edək ki, ilk dəfə 1827-ci ildə püskürən Bozdağ-Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı tullanıb.

Xəbər 2764 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +