Bu klinikada pasientin telefonu oğurlandı
“Azərişıq”dan narazılıq-Bəzi xidmətləri işləmir
Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
Sabiq icra başçısının oteli 236 milyona satılır
41 yaşlı mühafizəçi 15 yaşlı məktəbli ilə intim münasibətdə olub
Yasamaldakı bu məktəb müəllimlərə təmir etdirilir? - Video
Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb
Camaat ət ala bilmir, çox bahadır - Video
Polis İdarəsinə basqına görə 27 nəfər saxlanılıb
Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?


11.08.2018  13:08 

Dövlət Xidmətinin 5 rəisi işdən azad olundu





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Xidmətdən XəzərNews.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iclasda çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı Xidmətdə həyata keçirilmiş tədbirlərdən danışıb. Həmçinin 2018-ci ilin iyul çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, həmin qüsurların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Aparılmış təhlillər və araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin dörd yerli idarə, şöbə və bölmə rəisi, eləcə də qurumun tabeliyində olan bir struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüblər.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Xəbər 3448 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü


BÜTÜN XƏBƏRLƏR +