Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.08.2025  13:49 

Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş





A+  A-

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin xüsusi xidmət orqanları tərəfindən dindirilib.

XəzərNews.az xəbər verir ki, bu iddianı nüfuzlu "Middle East Eye" nəşri adı açıqlanmayan diplomatik mənbəyə istinadla dərc edib. Məqalənin müəllifi jurnalist Raqıp Soyludur.

Jurnalistin sözlərinə görə, Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.

“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov olub. Vəziyyətlə tanış olan mənbənin verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.”, – deyə jurnalist yazır.

Qeyd edək ki, 44 günlük müharibə zamanı da Azərbaycan cəmiyyətində Nəcməddin Sadıkovun Rusiyaya bağlı olduğu müzakirə edilirdi. Bu səbəbdən də onun Baş Qərargah rəisi vəzifəsindən azad edildiyi deyilirdi.


Xəbər 830 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +