İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama


11.04.2022  14:15 

Qoyunotaran da ola bilmiriksə, bəs bizdən nə olacaq?





A+  A-

Səhər işə başlayarkən saytlarda diqqətimi ən çox cəlb edən bu xəbər oldu: “Azərbaycan Gürcüstandan qoyun tədarükünü 4 dəfə artırıb”.

Başlıq qəliz olsa da, mənası budur: Əgər biz keçən il Gürücstandan 100 min qoyun almışıqsa, bu il həmin rəqəm 400 min olub.

Xəbəri oxuyandan bəri bir sual mənə rahatlıq vermir, qara-qara düşünürəm: Yer üzündə ən üzüyola, ən bərəkətli heyvan olan qoyunu da özümüz saxlaya bilmirik?

İqtisadçı dostları aradım. Məlum oldu ki, biz nəinki qoyun ətinə, hətta dana ətinə olan ehtiyacımızı da idxal hesabına ödəyirik. Bu isə o deməkdir ki, əgər xaricdən qoyun-quzu, dana almasaq, ilin ən azı 6 ayında ət üzünə həsrət qalarıq...

Biz uşaq olanda müəllimlərimiz yaxşı oxumayan uşaqlara belə deyirdilər: “A bala, dərslərinə fikir ver, nəsə öyrən. İnstituta qəbul olmasan, qoyunotaran olacaqsan”.

İndi elmə və təhsilə maraq sovet dövrü ilə müqayisədə xeyli aşağıdır. Bəs niyə qoyunotaranlarımız yoxdur?

Dünən soğanın 1 kiloqramını 1 manatdan almışam. Yaxşı kartof 2 manatdan aşağı deyil. Söhbət kürüdən getsəydi, deyərdim ki, nazirlərimiz, digər vəzifəli şəxslərimiz dura-dura biz nə karəyik ki, belə bahalı təamlardan dadaq? İstəyirsiniz, kartof-soğan da yeməyək? Hələ ki, yeyə bilmirik. Çünki çox bahadır. İqtisadçılar baha olmağını bu məhsulların xaricdən gətirilməsiylə əlaqələndirirlər. Belə məlum olur ki, kartof Pakistandan Bakıya gəlib çıxana kimi qiymət iki dəfə artır.

Hamılıqla xaricdə istehsal olunmuş televizor alırıq. Çünki biz televizor istehsal etməyi bacarmırıq. Hətta ütü də ölkəmizə kənardan gətirilir. Taxtanı, divar kağızını, hətta onu yapışdırmaq üçün yapışqanı da xaricdən alırıq. Bunları başa düşürəm. Çünki elmimiz hələ televizor istehsal edəcək səviyyədə inkişaf etməyib. Bəs dana ətini, quzu ətini, Allahın yumurtasını niyə xaricdən alırıq? Doğrudanmı, biz iki dananı, beş-on qoyunu qabağımıza qatıb otarmağı bacarmırıq? Əgər qoyunotaran da ola bilmiriksə, bəs bizdən nə olacaq?

Seymur VERDİZADƏ

Xəbər 11253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +