Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


07.12.2023  09:54 

Ərdoğan bu gün Yunanıstana gedəcək





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstana gedəcək.

Xəzərnews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəsmi səfər Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə reallaşacaq.

Afinada prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

Görüşlər zamanı cari regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulub.


Xəbər 2421 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +