Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


14.01.2019  10:54 

Avtomobillər bahalaşıb, alan yoxdur...





A+  A-

Əvvəlcədən bildirdiyimiz kimi, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir.
Bunu XəzərNews.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir:

“Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır”.

Ekspertin sözlərinə görə, qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır:

“Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq.

Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyil”.

Xəbər 2656 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +