Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


07.05.2018  19:06 

Külli miqdarda narkotik vasitə ələ keçirildi





A+  A-

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı Elnur Mirrəhim oğlu Əhədovun idarə etdiyi "Qaz-3110" markalı, 10-RS-660 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb.

Yoxlama zamanı, xidməti it avtomobilin alt hissəsinə reaksiya verib və daha sonra minik maşını əsaslı yoxlanılıb. Nəticədə, maşının alt hissəsində gömrük nəzarətindən gizlədilmiş, hər biri ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş, ümumi sayı 130 ədəd yumru və uzunsov formalı bükümlər aşkar edilib.
Gömrük yoxlaması tam başa çatdıqdan sonra isə 94 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 3000 qram olan narkotik vasitə - həşiş, 36 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 500 qram olan narkotik vasitə - tiryək olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb və zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3164 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +