Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


07.05.2018  12:29 

Uşaq evindən “yük” daşıyan “Prado”nun sahibi bilindi – VİDEO





A+  A-

Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.
“Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, – deyə S. Əhmədova qeyd edib.
1 saylı Körpələr Evindən uşaqlara məxsus əşyaların maşınlara yüklənərək aparılması ilə bağlı videonu müğənni Rəqsanənin qızı Aysun İsmayılova paylaşmışdı. Həmin videoda körpələr evindən çıxarılan əşyaların ”Toyota-Prado” markalı avtomobilə yüklənməsi yer almışdı. Direktor Nəhayət Əliyeva saytımıza açıqlamasında körpələrin ərzaqının oğurlanmasını təkzib edərək bildirmişdi ki, maşına yüklənən yataq dəstləri yuyulması üçün aparıllırmış.
Bundan sonra A.İsmayılova ikinci videonu yaydı. Həmin videoda isə bezdəyişmə əməliyatı deyil, körpələr evindən selofan paketlərdə nəyinsə harasa daşındığı aydın görünür.
Səhiyyə Nazirliyinin gecikmiş münasibətinin ilk video ilə bağlı olduğu anlaşılır və N.Əliyevanın açıqlamasının sanki təkrarırıdır. Nazirliyin açıqlamasında ikinci videoya toxunulmur.
XəzərNews.az xeberfakt.az-a istinadən bildirir ki, ilk yayılmış videodakı yorğan-döşək yüklənən ”Toyota-Prado” N.Əliyevanın bacısı, qrossmeyster Rauf Məmmədovun anası Vəfa xanıma məxsusdur. N.Əliyeva özü də saytımıza açıqlamasında bunu təsdiq edib. V. Məmmədovanın həyat yoldaşı isə prokurorluq sistemində yüksək vəzifə tutmuş Əhməd Məmmədovdur.





Xəbər 3871 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +