Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?
Paşinyan yenidən Rusiyaya səfər edəcək
Rusiyada Azərbaycan istehsalı yüzlərlə “Coca-Cola“ küçəyə atıldı
Neft emalı zavoduna PUA hücumu -VİDEO
Lavrov Alyaskaya “SSRİ” yazılı sviterlə gəlib - VİDEO
Unun satış qiymətləri açıqlandı
Xocalıya köçənlərə 5 hektar torpaq veriləcək
Ukrayna Həştərxana zərbə endirib


12.02.2024  09:16 

Sülhməramlılar Qarabağdan çıxarılır?





A+  A-

Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya” qəzetinə müsahibəsində deyib.

"Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb.

Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib:

"Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir”.


Xəbər 3126 dəfə oxunub.



15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +