Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


25.07.2023  22:55 

Jurnalistlər binasının altında qaz yatağı var?





A+  A-

“Jurnalistlərin üçüncü binası ilə yeni versiya atılıb ortaya: "Bina qəzalı vəziyyətdədir, həmin binanın altında qaz yatağı var".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Rəsul Mirhəşimli çıxış edib.

O, qeyd edib ki, Jurnalistlər binası üçün qaz yatağı təhlükəsi varsa, qaz və neftin istismarı və istehsalı ilə məşğul olan SOCAR niyə həmin ərazidə binalar tikib?

“Bu məsələ ilə bağlı bir geoloqun fikirlərini öyrəndim. Mütəxəssis deyir ki, əgər həmin ərazidə qaz yatağı varsa, 3500 metrdən artıq dərinlikdə yerləşir. Qaz yatağının üzəri su təbəqəsi ilə örtülü olduğundan bu cür yataqlar bina tikintisində heç bir təhlükə yaratmır. Bundan əlavə, əgər doğrudan da deyilənlər həqiqəti əks etdirirsə, ətrafdakı binalar üçün də yüksək təhlükə yarada bilər. Ən əsası isə bundan ibarətdir ki, altında qaz yatağı olan binanı jurnalistlərə verilməsini istəməyənlər, binanın təyinatının dəyişdirilməsində israrlı olanlar bu binadakı mənzilləri şəhid ailələrini verib, onlar üçün niyə real təhlükə yaratmaq istəyir?! Yox, əgər ümumiyyətlə, jurnalistlərin üçüncü binası insan həyatı üçün real təhlükə yarada bilərsə, indiyədək nədən sökülməyib?!” - deyə R.Mirhəşimli bildirib.

Xəbər 3163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +