Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


24.10.2022  16:49 

Prezident: “Biz bir yerdə çox iş görə bilərik”





A+  A-

“Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə söykənir. Əminəm ki, hazırkı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha yüksək səviyyəyə qalxacaq”.

XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyevin Azərbaycanın və Gürcüstanın bu qədər yaxın olmasına böyük töhfə verdiyini qeyd edən İrakli Qaribaşvili bugünkü söhbətdə ölkələrimiz arasında sıx tərəfdaşlığın bir daha vurğulandığını söyləyib.

“Biz bu gün dünyada baş verən hadisələri, regional vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz sülh siyasəti yürütmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Qaribaşvili əlavə edib.

O bildirib ki, regionda mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil: “Bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox iş görə bilərik”.

Azərbaycan Prezidentinin Praqada irəli sürdüyü təşəbbüsü dəstəkləyən Baş nazir Cənubi Qafqazda əməkdaşlıq formatının yaranmasına tərəfdar olduğunu bildirib.

Xəbər 2205 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +