Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


03.09.2019  16:45 

Tuneldəki son vəziyyətlə bağlı - Rəsmi açıqlama





A+  A-

“Azərbaycan Dəmir Yolları” Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tunelin subasmasına münasibət bildirib.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

Yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra bilməyib. Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub.

Yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığının aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb.

Xəbər 2877 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +