Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


02.09.2019  13:15 

Multikultural Azərbaycan (multikultural.az) internet resursu fəaliyyətə başladı





A+  A-

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan Multikultural Azərbaycan (multikultural.az) internet resursu 01 sentyabr tarixindən rəsmən fəaliyyətə başlayıb.
XəzərNews.az xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərindən fəaliyyət göstərən “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu mədəni müxtəlifliyi təbliğ edir.

Sayt “Əsas səhifə”, “Mədəni müxtəliflik” (mədəniyyən, incəsənət), “Multikulturalizm” (milli siyasət, beynəlxalq sənədlər), “Azərbaycançılıq”, “Tolerantlıq”, “Media” və “Faydalı” kimi ana bölümlərdən, “Milli azlıqlar”, “Xəbər”, “Məqalə”, “Müsahibə”, “Foto”, “Video”, “Tədbirlər” (yerli və beynəlxlaq), “Multikultuaral nəşrlər” kimi alt rubrikalardan ibarətdir.

Saytın hər üç dildə mobil versiyası, sosial platformalarda səhifələri (facebook, instagram, tvitter) da istifadəçilər üçün aktivdir.

Multikultural Azərbaycan (multikultural.az) internet resurusu ölkədə yaşayan müxtəlif mədəni qrupların dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin və vətəndaş cəmiyyətlərinin gördüyü işləri ictimailəşdirir.

Layihə çərçivəsində milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrənilib, Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılıb və saytda yerləşdirilib. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılıb, mədəni müxtəlifliyin təbliğindəki rolları öyrənilib.

Multikultural Azərbaycan (multikultural.az) layihənin sonrakı dövründə də milli azlıqların mədəniyyətləri hərtərəfli təbliğ edəcək, eyni zamanda müasir informasiya texnologiyaları (internet saytlar) vasitəsilə Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq. Müstəqillikdən sonra dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğindəki rolu ictimailəşdiriləcək.

Xatırladaq ki, bu işlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsi çərçivəsində həyata keçib.






Xəbər 3164 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +