Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş
Sabah hava yağışlı olacaq
İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq


10.02.2025  13:50 

“Paşinyanın bu fikirləri əsassız və zərərlidir”





A+  A-

“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci ildə bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib”​.

XəzərNews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir:

“Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik.

Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqların qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir.

Baş nazirin iddiasının əksinə olaraq, qeyd edilməlidir ki, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhval-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar”.

Bildirilib ki, Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir:

“Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxt İrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamış olduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarını xatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə, sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtması uğrunda mübarizə aparır.

Qərbi Azərbaycan İcması olaraq biz, Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik”.



Xəbər 3218 dəfə oxunub.



13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü

13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi


BÜTÜN XƏBƏRLƏR +