Tanınmış azərbaycanlı şair VƏFAT ETDİ
Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA
Rusiyadakı Azərbaycan diasporu LƏĞV OLUNA BİLƏR
Suriyada atəşkəsə qədər 700-dən çox adam ölüb
Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN
Rayonlarda leysan yağıb, şimşək çaxıb
Ukraynada daha bir azərbaycanəsilli hərbçi həlak olub
Xadimələrə maşınını yudurdan direktor işdən çıxarılıb
Beyləqanda həkimi şantaj etməklə pul tələb edənlər...
Xətai rayonunda ağır yol qəzası baş verib


08.07.2025  14:57 

Yekaterinburqda azərbaycanlılara qarşı növbəti TƏXRİBAT





A+  A-

Rusiyada bəzi insanlar Azərbaycanla münasibətləri daha da gərginləşdirmək üçün sosial şəbəkələrdə müxtəlif paylaşımlar edirlər. Çox vaxt həqiqətə uyğun olmayan, qızışdırıcılıq məqsədi daşıyan bu materialları erməni Teleqram kanalları da böyük həvəslə paylaşırlar.

XəzərNews.az xəbər verir ki, belə paylaşımlardan biri də guya Yekaterinburqda azərbaycanlıların satdığı nektarinlərdən tikiş iynələri tapılması ilə bağlıdır.

Bir rus qadının çəkdiyi videonu Ermənistanın "Novosti Armenia mira" Teleqram kanalı yayıb.

Videoda iddia olunur ki, qadın Uralmaşda yerləşən “Azərbaycan meyvələri” adlı dükandan nektarin alıb və onları 6 yaşlı oğluna verib. Guya bir qədər sonra uşağın damağına tikiş iynəsi batıb və o, göz yaşları içində evə gəlib.
Qadın daha sonra aldığı bütün meyvələrin içində oxşar iynələr "aşkar edib".

Hazırda məsələ ilə bağlı polisin araşdırma apardığı bildirilir.

Lakin videoda nə "zərərçəkən" uşaq görünmür, nə də meyvələrin doğrudan da azərbaycanlıardan alındığına dair bir dəlil yoxdur...





Xəbər 735 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +