Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır
Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN
“Yelo Bank” ən çox şikayət edilən bank oldu


16.12.2024  18:44 

“Nar” bu dəfə satış və xidmətlərini Şirvanda təqdim etdi





A+  A-

Azərbaycanın bütün bölgələrində sərfəli və keyfiyyətli rabitə xidmətlərini genişləndirməyə davam edən “Nar” üstün müştəri təcrübəsinə əsaslanan növbəti Nar mağazasını istifadəyə verdi

Şirvan şəhərində, Xaqani küçəsi 19-da yerləşən yeni “Nar” mağazası genişliyi, müasir interyeri və rahat müştəri xidməti sahəsi ilə seçilir. Mağazada müştəri xidmətləri ilə yanaşı, müxtəlif smartfon və aksessuarların satışı həyata keçirilir. Şirvan şəhərinin sakinləri, mağazanın açılışı haqqında SMS vasitəsilə məlumatlandırılıb.

Acılış mərasiminə qatılan “Nar”ın Baş icraçı direktoru Qunnar Panke qeyd edib ki, 80 mindən çox əhalisi olan Şirvan şəhərinə xidmət göstərəcək yeni mağaza “Nar”ın bölgələrə olan diqqətinin nümunəsidir.

“Hər kəs üçün sərfəli rabitə xidmətlərini təqdim etmək prinsipini əsas götürən “Nar”, yeni mağazalarının açılışı ilə bu missiyasını bir daha sübut edir. Müştəriyə fərdi yanaşma, sərfəli seçimlər və müasir xidmət təqdim edən “Nar” satış şəbəkəsi şirkətin müştəri yönümlü fəaliyyətinin nəticəsidir,”- deyə Q.Panke bildirib.

Sizə ən yaxın “Nar” mağazasını nar.az saytından seçə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







Xəbər 5872 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +