Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


17.09.2018  09:05 

“Ağır dönəm yaşayırıq” - Qurbanov





A+  A-

“Deyiləsi söz yoxdur. Oyun ərzində yalnız “Qəbələ” hücum edirdi”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının IV turunda səfərdə “Sabah”ın qonağı olub və minimal hesablı məğlubiyyətlə üzləşib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib:

“Kobud səhvdən sonra qol buraxdıq. Rəqibin belə oynayacağını gözləyirdik. Ağır dönəm yaşayırıq, ardıcıl üç oyundur qələbə qazana bilmirik. Ancaq bu, bizi ruhdan salmamalıdır”.

- Vəziyyətdən çıxış yolu tapmaq üçün nə etmək lazımdır?

- Qələbə qazansaydıq, burda başqa sözlər danışacaqdıq. Xeyli hücumlarımız oldu, amma top qapıya getmədi. Uşaqların psixoloji vəziyyətini düzəltməyə çalışacağıq.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Məğlubiyyətimizdə hakimin heç bir rolu olmadı. 1-2 epizod oldu, onların təkrarına baxmalıyıq. Ümumilikdə, narazı qaldığım məqam yoxdur.

Xəbər 3208 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +