Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


27.08.2018  11:58 

Azərbaycan gimnastları qalib oldular





A+  A-

Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) "Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.
Azərbaycan Gimnastika Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.

Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.

Xəbər 3026 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +