Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


29.04.2025  15:02 

Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...





A+  A-

“Bağırov” körpüsünün növbəti dəfə su altında qalmasına səbəb yenidənqurma zamanı buraxılmış layihə və nəzarət səhvləri olub. Körpünün 2010-cu illərdəki rekonstruksiyası zamanı giriş yolları uzadılıb və səviyyə 2 metrə yaxın endirilib. Bu isə nəticədə həmin əraziyə toplanan suyun miqdarını kəskin artırıb.

Bu sözləri memar Elçin Əliyev leysan xarakterli yağışlardan sonra sözügedən körpünü su basma səbəbi barədə danışarkən deyib. O bildirib ki, körpüdə aparılan yenidənqurma zamanı bu cür risklər nəzərə alınmayıb:

“2010-cu illərin əvvəllərində Bağırov körpüsü yenidən quruldu. Görülən işlərin nəticəsində, körpüyə giriş yolu (aeroport tərəfdən) təxminən 2 metr aşağı salındı və uzunluğu əlavə 500–600 metr artırıldı. Bu isə əvvəlki dövrlərlə müqayisədə körpünün altında daha çox su yığılmasına səbəb oldu.

Maraqlıdır, mütəxəssislər belə bir vəziyyəti əvvəlcədən görürdülərmi (görməmələri mümkün deyildi), amma körpünün yenidən qurulması zamanı suyu çəkən nasosların sayı və kanalizasiya ötürücülük qabiliyyəti əvvəlki səviyyədə saxlanıldı. Bu da, nəticədə, körpünün altındakı sahənin tez-tez su altında qalmasına və hərəkətin dayanmasına gətirib çıxardı. Bunu layihəçilərin səhvi hesab etmək olar.
Ən maraqlısı budur ki, yeni tikilmiş yan tunellərdə belə bir su basması müşahidə olunmur, çünki orada uyğun avadanlıq quraşdırılıb”.



Memar bildirib ki, aparılan yenidənqurma işləri belə faciəvi hallar və fəlakətlərlə müşayiət olunur:

“Halbuki işlərin şəffaf aparılması və dövlət nəzarətinin düzgün təşkili ilə bunların qarşısını almaq mümkün olardı”.

Xatırladaq ki, “Bağırov” körpüsündə yenidənqurma işləri 2008-2010-cu illərdə aparılıb. Yenidənqurma işləri Türkiyənin “Kolin” şirkəti tərəfindən həyata keçirilib. Sözügedən şirkət hazırda işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasında iştirak edir.

Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır./Tribunainfo.az

Xəbər 3381 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +