“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


29.11.2023  08:31 

Azərbaycanda kredit faizləri niyə yüksəkdi?





A+  A-

Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta faizi 3,55 olub.

Xəzərnews.az Bakutv-yə istinadən xəbər verir ki, manatla olan əmanətlərin orta faiz dərəcəsi 4,89, xarici valyutada 1,07 faiz təşkil edib.

Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər.

Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?

Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit faizlərinin dərəcəsi ilə əlaqələndirib.

Deputat deyir ki, faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.

Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risklərinin yüksək olmasıdır.

Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır.


Xəbər 2531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +