Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.08.2025  16:24 

İlhamə Elşadqızı yenə həbsdə qaldı





A+  A-

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

XəzərNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anası Almaz Əskərova şahid kimi ifadə verməsi ilə bağlı müdafiə tərəfi vəsatət təqdim edib. Hakim vəsatətin natamam olmasını bildirərək onun yenidən tamamlanaraq təqdim edilməsini istəyib.

Vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti yenidən təqdim etsə də, məhkəmə onun əsassız olduğunu bildirib və təmin etməyib.

Sentyabrın 3-nə təyin edilən növbəti prosesdə təqsirləndirilənin anasının ifadəsi gözlənilir.

Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddəni saxlama və ya daşıma) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok" əməliyyatları" çərçivəsində aparıcı Azər Zahid, Emin Abdullayev və digərləri saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan müsabiqələrdə iştirakçı olub.

Xəbər 827 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +