“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


30.01.2023  10:23 

Niyazi Mehdi qalmaqal yaradan statusuna aydınlıq gətirdi





A+  A-

Bir neçə gün əvvəl filosof Niyazi Mehdi feysbuk səhifəsində status yazaraq “çox kök qız arıqlaya bilmirsə, ağırlıq qaldırmada, boksda, güləşdə bacarıq göstərib mənalı həyat qura bilər”, - deyə məsləhət vermişdi. N.Mehdinin bu statusu xoş qarşılanmamış, hətta tənqid də olunmuşdur. Filosof təkrar status paylaşaraq məqsədinin heç də kök və ərə getməyən xanımları təhqir etmək olmadığını bildirib.

XəzərNews.az Niyazi Mehdinin bu gün paylaşdığı statusu olduğu kimi təqdim edir:

- Mənim aşırı köklükdə, irilikdə, boy-buxunda olan qız uşaqlarının ata-analarına verdiyim məsləhət FB-də bəyənmələrlə yanaşı çoxlu mənfi şərhlər də törədib. Məsləhətimsə bu idi: əgər belə qızların bilik və ya sənətdə özlərini gerçəkləşdirmək həvəsi və ya istedadı yoxdursa, onların idmançı karyerasını düşünün. Çox kök qız arıqlaya bilmirsə, ağırlıq qaldırmada, boksda, güləşdə bacarıq göstərib mənalı həyat qura bilər. Çox hündür qızlar voleybolda, basketbolda karyera edə bilərlər (bu zaman öz bablarını tapıb ərə getmək şansını da qazanarlar).

Belə qızların və ata-analarının çoxunun həyatını nə zəhərləyir? Gələcəkləri necə olacaqlar, kimə ərə gedəcəklər və s. Arif adamlar bu qısa fikri özləri dolğunlaşdıra bilərlər. Hər millətin ciddi problemi öz insan resursundan maksimum istifadə etməkdir. Qadın azadlıqları, insanların bərabərlikləri, yəni silk ayrı-seçkiliyindən qurtulması hamını ölkəsinə xidmət etməyə cəlb edir. Millətin ciddi resursu çirkin, qüsurlu gənclərindən əmələ gəlir. Bu üzdən uğurlu millət o ulusdur ki, çirkinlərini öz amaclarına cəlb edə bilir. İdman belə cəlb etmə vasitələrindən biri olub.

Biz ata-ana kimi kök, yaraşığı olmayan qızlarımızın (elə oğlanlarımızın da) küskün, bədbəxt psixologiyada böyüməsini istəmiriksə, bir variant olaraq onların idmançı kimi karyerasını da düşünməliyik. Bununla pul da qazana bilərlər, ərə getməyə bab da tapa bilərlər.

Sözlərimə reaksiyadan gördüm ki, FB-də xeyli oğlan-qız kiminsə üstünə tökülüşüb düşmək mərəzinə tutulub. Çox az gənc təklif olan ideyanı gəlişdirməyi düşünür. “da-də” ədatını yerlik hal şəkilçisi kimi sözə bitişik yazan “savadlılarımız” “gör Azərbaycan filosofu, professoru nə gündədir” deyibən nalə çəkir. Onlara elə gəlir ki, əgər nalə çəkirlərsə, ələ salırlarsa, deməli, vicdanın səsidirlər. Ancaq biri də demir ki, bəs necə edək ki, yaraşığı-yapışığı olmayan qızlarımızı bədbəxt duyğulardan qurtarıb şanslı edək.

Xəbər 2515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +