Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


19.10.2022  14:20 

Yarım milyonluq 20 tenderi udan Lamiyə Talıblı kimdir? - Faktlar





A+  A-

Bu ilin mart ayının 3-də Bakı şəhəri, Yasamal rayonu, H.Q. Mustafayev, ev 11 ünvanında Talıblı Lamiyə Ədilxan qızının rəhbərlik etdiyi 5 şirkət dövlət qeydiyyatına alınıb.

Dövlət qeydiyyatına alınan şirkətlərin nizamnamə kapitalları 10 manat təşkil edir.

Talıblı Lamiyə Ədilxan qızının rəhbərlik etdiyi “QLOBAL 18 CORP” MMC (VÖEN – 1307612701), “DELTA AS LT" MMC (VÖEN – 1307612551), “ECHO MOON LT” MMC (VÖEN – 1307612681), “ORLONDO 05 CORP” MMC (VÖEN – 1307612831) və “LMY 98 CORP” MMC (VÖEN – 1307612421) barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Bu şirkətlərin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var.

Lakin, barələrində heç bir məlumat olmayan bu şirkətlər qeydiyyatdan keçdikdən qısa müddət sonra çoxsaylı tenderlərdə qalib olublar. Məsələn, “ECHO MOON LT” MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra AMEA Tarix Muzeyinin keçirdiyi tenderdə qalib olub. Bu şirkətlər son 6 ay ərzində ümumi məbləği yarım milyon manatdan (500 min 530 manat) çox olan onlarla tenderin qalibi olublar.

Aşağıdakı cədvəldə Lamiyə Talıblının rəhbərlik etdiyi şirkətlərin qalib gəldiyi tender müsabiqələri ilə tanış ola bilərsiniz:



Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə tenderdə iştirak edən şirkətlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsinin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.
Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu Yasamal rayonu, H.Q. Mustafayev, ev 11 ünvanında qısa müddətdə çoxsaylı şirkətlər qeydə alınıb.







Diqqət çəkən məqamlardan biri də odur ki, Lamiyə Talıblının rəhbərlik etdiyi şirkətlərdən biri - "ORLONDO 05 CORP" MMC qeydiyyatdan keçdikdən bir müddət sonra hüquqi ünvanını dəyişib. Bu şirkət hazırda Asif Məhərrəmov, ev 22A, m. 20 ünvanında qeydiyyatdadır və bu ünvanda da qısa müddətdə onlarla şirkət qeydiyyata alınıb./Yeniavaz.com

Xəbər 2644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +