“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


17.10.2022  16:22 

Məktəbdə tükürpədici olay: İki azyaşlı qıza iynə vurub...





A+  A-

Abşeron rayonu, “Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri Mehralıyeva Aylin Sənan qızı və Əliyeva Zəhra Elşən qızının valideynləri saytımıza müraciət ediblər.

Valideynlər "Unikal"a müraciətlərində iddia ediblər ki, onların övladları təhsil aldıqları məktəbdə həmin məktəbin təlim-tərbiyə üzrə müəllimi Zəhra tərəfindən işgəncəyə məruz qalıb.

Sənan Mehralıyev bildirib ki, 1-ci sinifdən övladı həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olub. O qeyd edib ki, danışdıqları bu tədris ilində olub:

"Ötən həftənin 5-ci günü (14 oktyabr) Zəhra Əliyevanın anası uşağı məktəbdən götürəndə ingilis-dili müəllimindən direktora şikayət edib. Direktor deyib ki, istəmirsənsə, övladını götürüb apar. Anası Zəhraya bildirib ki, səni başqa məktəbə aparacam. Uşaq ondan sonra anasına hər şeyi danışıb. Bildirib ki, Aylini xətkeşlə boğurdular. Zəhranın anası məsələni aydınlaşdırmaq üçün həyat yoldaşıma zəng edib. Bu zaman Aylin ağlamağa başlayıb. Uşaq deyib ki, Zəhraya da iynə vururdular. Bundan sonra Zəhra anası ilə bizə gəliblər. Uşaqlar onlara qarşı olanları danışmağa başlayıblar. Uşaqlar danışıblar ki, əllərini bağlayıb, ağızlarına skoç vururmuşlar. Bunları isə Zəhra müəllimə edirmiş. Hətta sinif rəhbərləri Vüsalə Əsədova da bunun şahidi olub. Uşaqlar deyir ki, tənəffüs zamanı onlara iynə vurublar. Əlində iynələrin izləri var. Uşaqlar deyir bir dəfə qorxub qaçmaq istəyiblər. Ancaq sinif rəhbərləri Vüsalə müəllimə qoymayıb. Deyib sakit oturun. Qızım Aylin deyir ki, iynədən sonra qarşımdakı əşyaları sağ-sola gedən kimi olub. Ondan sonra əlini çimdikləyib ki, hiss edirsənmi? Uşaq da yox deyə cavab verib. Ondan sonra gözünə damcı töküblər. Həmçinin, uşaqlara qara tabletkaya bənzəyən bir şey veriblər. Ondan sonra deyir ağzımız keyiyirdi. Biz bu işin araşdırılmasını istəyirik ki, uşaqlara hansı məqsədlə iynə vurulub?".

S.Mehralıyev qeyd edib ki, həmin hadisələrin birini də direktor gəlib görüb: "Deyib ki, neçə dənə vurmusuz? Çox vurmayın, uşaq şoka düşər, evdə valideyn şübhələnər. Bununla bağlı Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etdik. Qobu polisindən iki təhqiqatçı gəldi. Onlar hadisəni yazdılar. Bundan sonra Abşeron Rayon Prokurorluğuna müraciət etdik. Oradan bizi ekspertizaya yönləndirdilər. Ayağındakı qaralmış izi qeydə aldılar. Əlindəki izləri təsdiqlədilər ki, iynə izləridir. Qızım bildirir ki, iynədən sonra hər gözünə 5 damcı dərman tökürmüşlər. Biz də istəyirik onlarla bizi üzləşdirsinlər ki, bunu nə məqsədlə ediblər? Təhsil Nazirliyinə müraciət etdik. Oradan bizə bildirdilər ki, bu ciddi məsələdir. Bir dəfə qızım dedi ki, ata məni o məktəbdən çıxar. Hamı uşağını oradan aparır. Deyirdim ki, qızım, bir ilin qalıb, ibtiadi təhsili başa vurursan. Bu o demək idi ki, uşaq məktəbə getmək istəmir. Məktəbin kamera görüntüləri də var, onlara baxmaq olar".

Digər valideyn Elşən Əliyevin sözlərinə görə, qızı Zəhra Əliyeva onlara bildirib ki, məktəbdə ona iynə vurublar. "Müəllimlər deyir uşaqlar yalan deyir. Amma uşaqları ikisini də ayrıca danışdırsanız, eyni sözü deyəcəklər. Təhsil Nazirliyində onları ayrıca danışdırıblar. Biz bu məsələnin araşdırılmasını istəyirik".

Xəbər 2887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +